Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Lerikli, özü isə Bakılı olan Şəhid Nurəddin Burhan oğlu Mirzəzadənin doğum günüdür.
Nurəddin Mirzəzadənin bu gün-22 aprel 2025-ci il tarixində 22 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar olunub, “Quran” oxunub.
Ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik edilib.
Məzarını ziyarətdən sonra Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı “Nur” mərasim evində məclis düzənlənib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Bir daha ruhuna dualar edilib.
Sonda adına ehsan süfrəsi açılıb, xatirə fotoları çəkdirilib.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclisdə ailə üzvləri, yaxınları, Bakıdan olan Şəhid ailələri, Qazilər, din xadimləri, ziyalılar, Suraxanı rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Nurəddin Mirzəzadə 22 aprel 2003-cü il tarixində Bakı şəhərində dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri idi…
Uşaq yaşlarından Bayraq, Vətən sevdalısı olub…
Ən güclü futbolçulardan biri olmaq arzusu ilə yaşayıb…
2009-2018-cı illərdə 104 saylı tam orta məktəbdə 9 illik təhsil alıb…

Sonra-2018-2021-ci illərdə 3 il təhsilini Bakı Dövlət Peşə Təhsil Mərkəzində davam etdirib…
2022-ci ilin iyul ayının 13-də isə həqiqi hərbi xidmətə yollanıb…
Əvvəlcə Gəncə şəhərində, sonra isə Kəlbəcərdə yerləşən “N” saylı hərbi hissədə xidmət edib…
Kəlbəcər və Şuşada olmaq, oraları görmək arzusu ilə alışıb-yanan Şəhidimiz elə Kəlbəcərdə də Şəhid olub…
Özü də 25 noyabr Kəlbəcər şəhəri günündə, Kəlbəcərin erməni işğalından azad olunmasının ikinci ilində…
Ancaq nəşi 3 gün sonra-28 noyabr 2022-ci il tarixində Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub…
Əvvəlcə bir qədər kənarda dəfn edilən Şəhidimiz sonra-2023-cü il dekabrında digər Şəhidlərimizlə eyni məkanda Əbədiyyətə uğurlanıb…
Ondan 12 yaş böyük olan 1991-cü il təvəllüdlü qardaşı da MAXE kimi İkinci Vətən Müharibəsində iştirak edib…
Qardaşının Şəhidliyindən bir müddət sonra isə Ordudakı fəaliyyətini dayandırıb, Ordudan təxris olunub və hazırda da ailəlidir…
Hərbçi xanımı olan tək bacısı isə iki övlad sahibidir və hazırda Naxçıvan Muxtar Respulikasında yaşayır…
Eyni zamanda, Şəhidin iki əmisi oğlu-Xüsusi Təyinatlı, “Qarabağ” ordenli Zəka Mirzəyev və Qazi Şamxal Mirzəyev İkinci Vətən Müharibəsinin iştirakçılarından olublar.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
12:51
***
FOTOLAR:









13:30
***








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az