Kənd camaatı özü Ağalıkənddə Şəhidlər üçün xatirə kompleksi inşa edir-BU HAQDA DEPUTAT MƏLUMAT VERDİ

44 günlük müharibənin ən ciddi nəticələrindən biri də ölkədə milli həmrəylik, milli birliyin daha da möhkəmləmdirilməsi oldu. Bu gün bu birlik ruhuna Biləsuvar rayonu Ağalıkənd kəndində bir daha şahid oldum. Kənd sakinləri imkanlarını birləşdirərək, müvafiq strukturlarla da razılaşdırmaqla kəndin mərkəzində şəhidlər üçün xatirə kompleksi inşa edir.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda Biləsuvarı parlamentdə təmsil edən millət vəkili Bəhruz Məhərrəmov bildirib.

Qeyd edib ki, fəhləsi də, ustası da özləri.

“Çox qürurverici bir mənzərə idi. İşin gedişatına, insanlardakı şövqə baxanda, kifayət qədər də zövqlü, Ağalıkənd şəhidlərinin adına layiq bir kompleks olacağı indidən şübhə doğurmur. Tikinti meydançasında xatirə şəkili çəkdirdik, qərarlaşdıq ki, inşallah abidənin açılışını da birlikdə edək”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Şəhid Ruslanın oğlu dünyaya gəlib və onun özünün vəsiyyətinə uyğun olaraq, uşağa elə Ruslan adı verilib…”-BƏHRUZ MƏHƏRRƏMOV – FOTOLAR

Read Next

Bakıda və daha 16 şəhər-rayonda SMS-icazə və icaze.e-gov.az” portalından icazə sistemi ləğv olundu- BU GÜNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir