Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Nəsimikənd kəndində vətəndaşların qəbulu zamanı ərazidəki kollektorun üzərindəki körpünün ensizliyi və nəqliyyat vasitələrinin, xüsusən kənd təsərrüfatı texnikasının hərəkəti üçün əlverişli olmadığı barədə müraciətlər aldıq. Sakinlərlə birgə yerində baxış zamanı müəyyən etdik ki, körpünün eninin artırılmasına yaxınlıqdan keçən qaz xətti mane olur.
Etikxeber.az xəbər verir ki, bunu Biləsuvardan seçilən millət vəkili Bəhruz Məhərrəmov deyib.
“Aidiyyatı üzrə müraciət etdik və aidiyyatı strukturların operativ müdaxiləsi ilə kənd sakinlərini ciddi narahat edən problem həll edildi. Sakinlərin verdiyi məlumata görə, körpünün eni artırılmış və hazırda yekun tamamlama işləri görülməkdədir. Əməyi keçək hər kəsə təşəkkür edirik”-deyə, millət vəkili sonra bildirib.
Etikxeber.az