Kənd təsərrüfatı avadanlıqlarının istehsalı ƏDV-dən azad edilir…

Kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikasının istehsalı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Etikxeber.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında  birinci oxunuşda müzakirəyə çıxarılıb.

Bununla bərabər, kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışının da ƏDV-dən azad edilməsi təklif olunur.

Qeyd edək ki, hazırda kənd təsərrüfatı təyinatlı texnikanın idxalı və satışı ƏDV-dən azaddır.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılıb və I oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Yol hərəkəti ilə bağlı qanuna iki mühüm – DƏYİŞİKLİK – YENİLƏNİB

Read Next

Spiker millət vəkilinə “ilişdi”: “HAZIRLAYIN, MÜKƏMMƏL OLSUN”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir