Kənd Təsərrüfatı Nazirliyi hüquqi və fiziki şəxslərə qrant verə biləcək – PREZİDENTin FƏRMANI

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.

Etikxeber.az  xəbər verir ki, Fərmana əsasən, “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”na 7-1-ci hissə əlavə olunmaqla, Kənd Təsərrüfatı Nazirliyinin adı artırılıb.

Etikxeber.az

Read Previous

Yeni qətnamədə Qarabağda separatçı rejimin mövcudluğu xüsusi qeyd edilib – DEPUTAT

Read Next

UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir