Kənd təsərrüfatı sahəsində 20 min yeni iş yeri yaradılacaq

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda təxminən 20 min yeni iş yeri yaradılacaq.

Etikxeber.az-ın məlumatına görə, bu barədə  “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda həyata keçiriləcək prioritetlərin 2020-ci ildə real ÜDM-i birbaşa 575 milyon manat, dolayı şəkildə isə 660 milyon manat olmaqla, ümumilikdə 1235 milyon manat artıracağı və təxminən 20 min yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Təsirin gerçəkləşdirilməsi dövlət-özəl resursları hesabına 1170 milyon manat investisiya qoyuluşu tələb ediləcəyi proqnozlaşdırılır.

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda göstərilən əsas təşəbbüslər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əlaqələndiriləcək.

Etikxeber.az

 

Read Previous

Hüseyn Cavid prospektində yeni piyada keçidinin inşasına başlanıldı – FOTO

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir