“Kəndlərdə internet, telefon, elektrik və yol infrastrukturunun yenilənməsinə ehtiyacımız var…”-MİLLƏT VƏKİLİ

Prezidentin uğurlu strategiyasının nəticəsi olaraq problemlər fundamental olaraq həllini tapmaqdadır. Lakin həllinigözləyən vacib problemlər də var.Təbii Biləsuvarın ən böyük problemi su qıtlığıdır. Həm suvarma, həm də içməli su təminatında ciddi problemlər. Açıq deyim, kəndlərimiz var ki, bu gün də kanalların texniki suyundan evində içmək üçün istifadə edir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“O da kanala su gələndən- gələnə. Bu mənada bu sahəyə hökumətimizin xüsusi diqqət ayırması, bölgəyəyeni içməli su mənbəsinin çəkilməsi vacibdir.Habelə, rayonda Bolqarçay su anbarı, illərdir baxımsız, təmirsiz qalıb. Mən hörmətli Kənd təsərrüfatı nazirinin diqqətini cəlb etmək istəyirəm, Biləsuvar rayonunda əkilən sahələr hər il artır, hətta, örüş sahələri də əkilir, su mənbəyi dəyişmir, əksinə qlobal səbəblərdən azalmaqdadır”-deyən millət vəkili bildirib ki, bu mənada Bolqarçay su anbarının təmiri, yaxud, yeni sututarın yaradılması vacib vəzifədir.

“Nəzərə alaq ki, Biləsuvar pambıqçılıq rayonudur və normal su təminatı artıq məşğulluq probleminin də köklü həlli olacaq. Bu problem həll olunana qədər isə, Baş nazir cənab Əli Əsədovdan xahiş edirəm ki, Biləsuvar rayonu üzrə sosial iş yerləri, habelə, özünüməşğulluq proqramı limitlərinin artırılması məsələsinə yardımçı olsanız. Bundan başqa, kəndlərdə internet, telefon, elektrik və yol infrastrukturunun yenilənməsinə ehtiyacımız var. Xüsusən, kənd yollarının onsuz da maddi cəhətdən böhran yaşayan bələdiyyələrin balansında olması, özünü yolların vəziyyətində göstərməkdədir.

Bu mənada hökumətin müdaxiləsi və dəstəyi vacibdir. Həmçinin, Biləsuvar rayon Mədəniyyət mərkəzi, Tarix-diyarşünaslıq muzeyi, Musiqi məktəbi, eləcə də Yuxarı Cürəli, Ovçubərə, Ağayrı və Amankənd məktəblərinin binasının təmirə, Şəhər 6 saylı, Nərimankənd, Təzəkənd, Yuxarı-Ağalıkənd, Çaylı və Günəşlı məktəblərinin yenidən tikilməsinə zəruri ehtiyac vardır. Qaldırdığım məsələlərin yaxın illərdə həll ediləcəyinə də əminəm. Çünki gedişat, mövcud siyasi iradənin qayəsi bunu deməyə əsas verir”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

Ağdamda 6 nəfər minaya düşdü-İKİ QARDAŞ HƏLAK OLDU – RƏSMİ

Read Next

Millət vəkili qazlaşdırma və internet problemindən-ŞİKAYƏTLƏNDİ VƏ DÖVLƏT QURUMLARINA ÇAĞIRIŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir