Kəndlərimiz işğaldan azad olundu-YÜKSƏKLİKLƏR GERİ QAYTARILDI…-RƏSMİ – YENİLƏNİB

Ölkəmizdə internetə giriş müəyyən qədər məhdudlaşdırılıb.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu, düşmənin sosial şəbəkələrdə təxribatlarının qarşısını almaq məqsədi daşıyır:

“Amma təmas xəttində baş verən hadisələr barədə ölkə ictimaiyyətinə məlumat çatdırılır. Bir daha ölkə ictimaiyyətini Ermənistanın dezinformasiyalarına əhəmiyyət verməməyə, rəsmi mənbələrdən məlumatlar almağa çağırırıq. Əhaliyə Müdafiə Nazirliyi tərəfindən zəruri məlumatlar çatdırılır”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, bu gün Təhlükəsizlik Şurasının da iclası keçirilib:

“Dövlət başçısı tərəfindən real vəziyyətlə bağlı aidiyyəti qurumlara zəruri tapşırıqlar verildi”. 

H. Hacıyev həmçinin media təmsilçilərinə də müraciət edib: “Media resurslarında məlumatların verilməsində səhihliyə əməl edilməsinə çağırıram”.

Brifinqdə iştirak edən Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov isə bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.

Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

***

Azərbaycan Ordusunun əks-hücumları nəticəsindən daha bir kəndimiz erməni işğalından azad edilib.

Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı kəndi də düşməndən təmizlənib.

Etikxeber.az

Read Previous

Ərdoğan İlham Əliyevə zəng etdi-AZƏRBAYCANA NÖVBƏTİ DƏFƏ DƏSTƏYİNİ İFADƏ ETDİ…

Read Next

“Bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaq”-İLHAM ƏLİYEV TƏHLÜKƏSİZLİK ŞURASINI ÇAĞIRDI – FOTO -YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir