Kərimli, Nurullayev və Həsənquliyevdən-MARAQLI FİKİR VƏ TƏKLİFLƏR…-YENİLƏNİB – (1)

Xüsusi karantin rejimində məhdudiyyətlərin deputatlara şamil edilməməsi fövqəladə vəziyyət elan olunduqda davam edəcəkmi?

Etikxeber.az xəbər verir ki, bu sualı Milli Məclisin (MM) bugünkü plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin komitə sədrinin müavini Tahir Kərimli səsləndirib.

T. Kərimli MM-in iclasının qapalı keçirilməsi lazım gələrsə, bu halda prosedurun necə olacağı ilə də maraqlanıb:

“Dövlət qurumlarında çalışan insanların qeyd edilən izolyasiya qaydalarına əməl etməməsi insanlar arasında birmənalı qarşılanmır. Digər tərəfdən, 65 yaş məhdudiyyəti təqaüdçülərə aid edilməlidir, işləyənlərə yox. Eyni zamanda dezinfeksiya işlərinin də təkmilləşdirilməsinə ehtiyac var. Yarmarkaların fəaliyyətinə də çox ciddi nəzarət edilməlidir. Çünki bu insanlar virusun rayonlarda da yayılımasına səbəb ola bilərlər”.

***

“Hazırkı dövrdə vəziyyət nəzərə alınaraq, kommunal xərclərin sıfırlanmasına ehtiyac var”.

Bunu isə millət vəkili Razi Nurullayev deyib.

R. Nurullayev bildirib ki, hazırkı dövrdə sərfiyyat əvvəlkindən iki dəfə çox olacaq:

“Eyni zamanda kreditlərin də dondurulmasına ehtiyac var”.

***

“Bəziləri deyir ki, onlayn iclas zamanı internet kəsilsə, necə səs verəcəyik? “Bundan narahat olmaq lazım deyil. Artıq martın 26-da Avropa Parlamenti onlayn iclas keçirib. Həmin iclasda sədr tək oturdu və onlayn qaydada səsvermə həyata keçirildi”.

Bunu da çıxışında MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyev bildirib ki, MM-də səsvermə zamanı da bəzən problemlər yaranır.

Millət vəkili qeyd edib ki, Azərbaycanda karantin rejimi elan olunsa da, hüquqi anlayış verilməyib:

“Biz mütləq “Karantin rejimi haqqında” qanun qəbul etməliyik. Parlamentin karantin rejimini təsdiq etməsi üçün hüquqi bazamız yoxdur. Biz hüquqi çərçivəni müəyyənləşdirməliyik”.

Spiker Sahibə Qafarova bildirib ki, dünən artıq test rejimində videokonfrans keçirilib:

“Bu, elə də asan iş deyil və beynəlxalq təcrübə öyrənilir. Çalışacağıq ki, bu istiqamətdə işlərimizi daha sürətlə aparaq”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

MM-in iclası-BƏZİ DEPUTATLAR TİBBİ MASKADAN İSTİFADƏ EDİR – PLENAR İCLASLAR ONLAYN KEÇİRİLƏ BİLƏR – SİYAVUŞ NOVRUZOVUN ÜÇ “VİRUS”U – 3 QANUNA CİDDİ DƏYİŞİKLİLƏR…- FOTO- YENİLƏNİB – (7)

Read Next

Toponomiya komissiyasının yeni tərkibi təsdiqləndi-NOVRUZOVUN İRADINA MİRZƏYEVDƏN CAVAB GƏLDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir