Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Səmərqəndə Özbəkistanın birinci prezidenti İslam Kərimovun məzarını ziyarət edib, üzərinə gül dəstəsi qoyub.
Etikxeber.az KİV-lərə istinadən xəbər verir ki, N.Nazarbayev bildirib ki, İ. Kərimovla uzun illər səmimi dostluq münasibətləri olub. İ.Kərimov Özbəkistanın çiçəklənməsi, iqtisadi gücünün artırılması istiqamətində çox iş görüb: “Ölkələrimiz arasında dostluq münasibətlərinin yaradılması, tarixi və strateji əlaqələrin dirçəldilməsində onun böyük rolu olub və bu danılmazdır“.
Sonra Nursultan Nazarbayev Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyayev və İslam Kərimovun həyat yoldaşı Tatyana Kərimova ilə görüşüb, onlara başsağlığı verib.
Etikxeber.az