Kəskin hava Lənkəran-Lerik yolundakı sürüşməni aktivləşdirdi – FOTOLAR

Gecə saatlarından başlayaraq Lerik rayonunda hava şəraiti stabilləşib.

Etikxeber.az-ın APA-nın cənub bürosuna istinadən məlumatına görə, rayonun ayrı-ayrı ərazilərində yağan qar fasilələrlə yağış və sulu qarla əvəzlənib. Kəskin hava şəraiti Lənkəran-Lerik şose yolunda sürüşmə prosesinin yenidən aktivləşməsinə səbəb olub. Dağlıq ərazilərdən yola tökülən torpaq qatı, çınqıl və qaya parçaları nəqliyyat vasitələrinin hərəkətinə mane olur. 43 saylı Lerik Rayon Yol İstismar Sahəsinin ağır texnikası və qəza briqadası şose yolunda bu problemi aradan qaldırmaq üçün fəaliyyətə başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeoroloji Müəssisəsinin direktoru Cavid Hüseynovun sözlərinə görə, bölgədə yağıntılıhava şəraiti oktyabrın 20-dək davam edəcək.

apa

Etikxeber.az

Read Previous

Prezident Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib

Read Next

İƏT də FETÖ-nü terror təşkilatı elan etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir