Kəlbəcərdə mövqelərimiz yenidən intensiv atəşə tutulub-MN

Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub.

Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Etikxeber.az

Read Previous

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub-MN

Read Next

İlham Əliyevin və Mehriban Əliyevanın adından Prezident Gitanas Nauseda və xanımı Diana Nausedienenin şərəfinə rəsmi-ZİYAFƏT VERİLDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir