Kənan Həmzəoğlunun “Nuru paşa və Bakı zəfəri” sənədli filminin – TƏQDİMATI – FOTO

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Gənclik Platforması (AGP) və Suraxanı Gənclər Evinin (SGE) birgə təşkilatçılığı ilə Pedaqoji Universitetdə  istedadlı gənc fəal  Kənan Həmzəoğlunun müəllifi olduğu “Nuru paşa və Bakı zəfəri” adlı sənədli filmin təqdimatı baş tutdu.

Etikxeber.az-ın xəbərinə görə, ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev tədbiri giriş sözü ilə açaraq Nuru paşanın Azərbaycan tarixindəki rolundan bəhs etdi

Daha sonra Kənan Həmzəoğlu söz alaraq qonaqları salamladı, tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.

Filmin təqdimatından sonra tarixçilər Nəsiman Yaqublu Mehman Süleymanov, həmçinin Milli Məclisin deputatı Fazil Mustafa çıxış etdi.

Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin nümayəndəsi İrfan Çiftçi isə Kənan Həmzəoğluna TBMM-də hazırlanmış Atatürk rozetini hədiyyə edərək onun fəaliyyətini yüksək qiymətləndirdi.

Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev isə öz növbəsində ölkə rəhbərliyinə gənclərlə bağlı apardığı uğurlu siyasətə görə minnətdarlığını ifadə etdi.

Suraxanı Gənclər Evinin metodisti Kamil Yaqubov Suraxanı Gənclər Evinin daima rayon gənclərinə dəstək olduğunu vurğuladı, Kənan Həmzəoğluna fəaliyyətində uğurlar dilədi.

Sonda qonaqlarla xatirə şəkili çəkdirildi.

Filmin tam versiyasını bu linkdən izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=tf5lGMLUx1o&t=3s

Etikxeber.az

 

Read Previous

“Ölkədə onkoloji xəstəliklərin sürətlə artmasının səbəbini burada axtarmaq lazımdır…” – FAZİL MUSTAFA

Read Next

“Etməyəcəksinizsə, bir daha danışmayın” – OSMAN KAZIMOVDAN TOFİQ YAQUBLUYA İRAD

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir