“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsindən xəbər var…

“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi parlamentin qarşıdan gələn 2018-ci il payız sessiyasında müzakirələrə təqdim ediləcək.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda Milli Məclisin (MM) 2018-ci il payız sessiyası ilə bağlı parlamentin Aqrar siyasət komitəsinin sentyabrın 12-də keçirilən ilk iclasında adıçəkilən komitənin sədri Eldar İbrahimov deyib.

Onun verdiyi məlumata görə, sənəd adıçəkilən komitə və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə hazırlanır.

Komitə sədri bildirib ki, hələ 2018-ci ilin yaz sessiyasının qanunvericilik işləri planında “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi olsa da və onun may ayında müzakirələrə çıxarılması gözlənilsə də, müəyyən səbəblərdən təxirə salınıb.

eldar-3

meclis-5

“Əslində, bu sənəd ötən ilin dekabr ayında başa çatdırılıb, müzakirələrə təqdim olunmalı idi. Amma bu, mümkün olmadı. O zaman Kənd Təsərrüfatı Nazirliyi bu sənədi həmin müddətdə hazırlayıb başa çatdıra bilmədi. Odur ki, sənədin tam şəkildə hazırlanıb, bu ilin may ayında müzakirələrə çıxarılması nəzərdə tutulurdu.

Ancaq nazirlikdə dəyişiklik olduğu, rəhbərlik yeniləndiyi üçün onun müzakirəsi təxirə salındı. Ötən müddətdə isə onun üzərində işlər davam etdirilib və etdirilməkdədir. Mən bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyi ilə də danışmışam. Oradan da bildirilib ki, sənəd artıq Prezident Administrasiyasına (PA) göndərilib və çox güman ki, yaxın zamanlarda parlamentə göndəriləcək.

Bundan sonra, yəni, payız sessiyasında həmin sənədin təkmil şəkildə əvvəlcə komitə səviyyəsində müzakirəsi, sonra isə sessiyanın plenar iclasa tövsiyəsi nəzərdə tutulur. Çünki buna ciddi ehtiyac duyulur, bunun kənd təsərrüfatının inkişafına, iş adamlarına, fermerlərə müsbət töhfəsi olacaq” – deyə, E. İbrahimov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Özünü döymək, xəsarət yetirmək, baş yarmaq kimi ifrat davranışlar qadağandır – KOMİTƏ SƏDRİ

Read Next

Yaşıllıqları məhv edənlərə qarşı ciddi cəza nəzərdə tutulmalıdır – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir