“Kəpəz”-in yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib

Gəncənin “Kəpəz” futbol komandasının qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.

Kluban Etikxeber.az-a bildiriblər ki, iki günə dörd yoxlama matçına çıxacaq komanda Premyer Liqa və birinci divizion klubları ilə qarşılaşacaq.

“Sarı-göylər” yanvarın 17-də MOİK və AZAL klubları ilə üz-üzə gələcək. Yanvarın 19-da Nizami yurdunun təmsilçisi “Qaradağ Lökbatan” və “Zirə” ilə oynayacaq.

“Zirə”yə qarşı görüş rəqibin meydançasında keçirilsə də, digər matçlar “Dalğa Arena”da oynanılacaq.

Gəncə klubu iki fərqli heyətlə yoxlama matçlarına çıxacaq.

Etikxeber.az

Read Previous

Azərbaycandan İstanbula 184 min turist səfər edib

Read Next

Yanvarın 6-na USD/AZN rəsmi məzənnəsi 1,7742 səviyyəsində müəyyən olunub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir