Kabildə hospitala hücum nəticəsində 30-dan çox insan öldü

Əfqanıstan təhlükəsizlik qüvvələri saatlarla davam edən atışmadan sonra Kabildə hərbi hospitala hücum edən silahlıların hamısını məhv edib.

Etikxeber.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında hospitala 5 silahlı hücum çəkib.

Silahlılardan biri üzərindəki partlayıcı qurğunu işə salaraq hospitalın girişində partlayış törədib. Digər 4 silahlı həkim xələtində hospitala daxil olub. Əfqanıstan Daxili İşlər Nazirliyi artıq əməliyyatın tam başa çatdığını, hospitaldakı silahlıların hamısının öldürüldüyünü açıqlayıb.

Hospitala hücum nəticəsində 30-dan çox insan ölüb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Etikxeber.az

Read Previous

Sabaha olan hava proqnozu açıqlandı

Read Next

“Dələduzların himayəçiləri heç şübhəsiz ki, böyük vəzifə sahibləri olur…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir