Kadırovun qəbulu ibrət götürüləsi bir qəbul idi… – MİLLƏT VƏKİLİ – RƏY(LƏR)

ELDƏNİZ SƏLİMOV: Qafqazlarda  təhlükəsizliyin təmin edilməsinə yönələn bütün addımlar dəstəklənməlidir

Prezident İlham Əliyev tərəfindən  dünən Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun qəbulu Azərbaycanın regionda oynadığı rolu bir daha göz önünə sərən son dərəcə anlamlı, ibrət götürüləsi və təbii ki, nəticə çıxarılası bir görüş idi. Görüşdə də vurğulandığı kimi,  bütövlükdə Qafqazda əmin-amanlığın mövcudluğunda Azərbaycanın rolu mühüm və danılmazdır. Təkcə o faktı demək yetir ki, Rusiya Federasiyasının işsizliyin ən yüksək olduğu  Şimali Qafqaz regionuna Azərbaycan indiyədək yüz milyonlarla dollar yatırım qoyub. Məhz bu yatırımların hesabına minlərlə iş yeri açılıb ki, bu da orada həm iqtisadi, həm də ictimai-siyasi duruma təsirsiz qalımır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, rusiyalı strateqlər həmişə bu fikirdə olublar ki, Cənubi Qafqazda Rusiyaya yanaşma nə qədər yaxşı olacaqsa, bu, Şimali Qafqazda vəziyyətə Moskvanın maraqları baxımından bir o qədər müsbət təsir edəcək:

“Biz ötən əsrin 90-cı illərində də gördük, indi də görürük ki, həqiqətən də belədir.

Heç təsadüfi deyil ki, cənab İlham Əliyev də Ramzan Kadırovla görüşdə Qafqazın o tayındakı respublikalar, o sıradan da Çeçenistanla əlaqləri Azərbaycan-Rusiya strateji əməkdaşlığı çərçivəsində dəyərləndirdi.

Ümid edirəm ki, Azərbaycanda terrorçu kimim tanınan Bako Saakyanın Rusiyaya səfərinə, Dağlıq Qarabağdakı separatçı rejimin Moskvada “təmsilçiliyinin” olmasına göz yumub şərait yaradanlar, ölkəmizin parçalnmasına çalışanlara digər dəstəklərini də əsirgəməyənlər bundan nəticə çıxaracaqlar. Və regionda azərbaycanlılarla haylara yanaşmanın kökündə 300 il bundan öncənin sterotipləri deyil, indiki reallıqlar duracaq.

Belə olduqda, bu, Azərbaycan-Rusiya əlaqələrini daha da dərinləşdirməklə yanaşı, bötövlükdə Qafqazda əmin-amanlığın möhkəmlənməsinə və dayanıqlı xarakter almasına səbəb olacaq. Və bundan həm Moskva, həm də bütün Qafqaz xalqları udacaq, hətta öz işğalçılıq siyasətinin girovuna çevirilərək 27 ildir ki, ancaq ianələr hesabına “dövlət” saxlayan haylar da”.

kadir

kadir-1

sahib ali

eldeniz-eldeniz

Millət vəkili Eldəniz Səlimov da R. Kadırovun səfərini, iki lider arasında səmimi dostluq münasibətlərini müsbət qiymətlərdiyini bildirib  və əlavə edib ki, münasibətlərin bu səviyyəsi bütövlükdə qafqazların təhlükəsizliyinə, sülhün və əmin-amanlığın təmin edilməsinə xidmət edir:

“Hesab edirəm ki, bölgəmizdə münasibətlər, əlaqələr nə qədər normal və arzuolunan səviyyədə olarsa, təhlükəsizliyə, sabitliyə də bir o qədər müsbət töhfə verər. Çox təəssüflər olsun ki, ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərindən qafqazlar  qaynar qazana, batır  çəlləyinə döndü, belə demək mümkünsə, döndürüldü. Bu çoğrafiyada milli, etnik zəmində münaqişə, qarşıdurma yaşamayan elə bir xalq, dövlət qalmadı. Günahsız insanlar məkrli dairələr tərəfindən yaradılan barıt çəlləklərinin, münaqişələrin qurbanına çevrildi, öz yurd-yuvalarından oldu. Hələ də yaralar tam sağalmayıb, münaqişə ocaqları yenə də qalmaqdadır.

Həmin münaqişə ocaqlarından biri də 30 ildən bəri məruz qaldğımız Qarabağ münaqişəsidir. Çeçenlərin də, Çeçinistanın da problemləri hələ qalmaqdadır,  burada da tez-tez terraktlar, qanlı hadisələr  baş verir və sair. Yəni, bunları deməkdə məqsədim odur ki, bu bölgədə, qafqazlarda sülhün, təhlükəsizliyin təmin edilməsinə yönələn bütün addımlar, bütün çağırışlar müsbətdir, əhəmiyyətlidir və dəstəklənməlidir. Bundan qazanan yalnız və yalnız bizlər, xalqlarımız olur. Oldur ki, çeçen liderinin də Azərbaycan səfərini müsbət hadisə sayır, bunun həm də böyük və şimal qonşumuz olan Rusiyayla gündən-günə yaxşılaşan münasibətlərə müsbət töhvə verəcəyi qənaətində, düşüncəsində olduğumu qeyd edirəm”.

 

Etikxeber.az

 

 

Read Previous

Bizə qarşı səsləndirilən fikirlərin hamısı şərdir – ELNAR ƏSGƏROV

Read Next

15 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 9 milyon ayrıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir