Kamilə Əliyeva da-“KÖNÜLLÜ” OLMAĞA HAZIRDIR…

TƏBİB-in çağırışına müsbət yanaşanlardan biri də millət vəkili, BDU-nun kafedra müdiri Kamilə Əliyevadır.

Etikxeber.az xəbər verir ki, o, mətbuat açıqlamasında TƏBİB-in könüllülük çağırışını dəstəkləyib və insanları birliyə çağırıb:

“Hazırda “çağırılmamış qonaq” koronavirus bütün dünya kimi Azərbaycanın da qapısını döyüb. Son məlumatlara əsasən çox təəssüf olsun ki, 600-ə yaxın vətəndaşımızda virus aşkarlanıb, 7 nəfər dünyasını dəyişib. Dövlətlə bərabər hər bir vətəndaşımız bu günlərdə həssas olub, karantin rejiminə əməl etməlidir. Koronavirusla mübarizədə tək həkimlər yox, Tibb Universitetinin tələbələri də aktiv iştirak edirlər. Mən bu təşəbbüsü də çox yüksək qiymətləndirirəm. Səhiyyə komitəsinin üzvü kimi bütün tibb işçilərinə öz minnətdarlığımı bildirirəm. Mən ixtisasca bioloqam, tibb üzrə təhsil almamışam. Amma ehtiyac olacağı təqdirdə, mənə uyğun olan işi görəcəm. Səhiyyə komitəsinin üzvü kimi əgər mənə ehtiyac varsa, çağırışa qoşulmağa hazıram. Kimliyindən asılı olmayaraq, hər bir vətəndaş bu məqamda bir olmalı, ayağa qalxmalıdır. Necə ki, Qarabağ uğrunda döyüş olarsa, hər kəs silahlanar, eləcə də, bu mübarizədə hər bir vətəndaşımız birlik göstərməlidir”.

Etikxeber.az

Read Previous

“Müharibə təkcə silahla olmur…”-MƏLAHƏT İBRAHİMQIZI “KÖNÜLLÜ” OLA BİLƏR…

Read Next

57 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir