Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Növbəti dəfə deputatlığa namizəd olan millət vəkilləri seçicilərlə görüşlərini davam etdirirlər.
Etikxeber.az-ın xəbərinə görə, 111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən 3-cü dəfə seçkilərə qatılan millət vəkili, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva bu gün (30 yanvar 2020) Balakənin Mahamalar kəndində seçicilərlə görüşüb.
Deputatlığa namizəd seçicilərlə söhbətləşib, onları dinləyib, öz fikirlərini səsləndirib.



82 saylı Ağcabədi Seçki Daiərəsindən 5-ci dəfə deputatlığa namizəd, Milli Məclisin (MM) Regional məsələlər və Ailə, qadın və uşaq məsələləri komitələrinin üzvü Tahir Rzayev isə bu dəfə Ağcabədinin Şənlik və Nəcəfqulubəyli kəndlərinin seçiciləri ilə bir araya gəlib.
Görüş qarışılıqlı dialoq şəklində keçib. Seçicilər namizədə sön illər ərzində ölkədə və xaricdə baş verən hadisələr,iqtisadi-sosial inkişaf,miili adət-ənənəlirimiz,dəyərlərimiz haqqında muxtəlif suallar ünvanlayıblar.
T.Rzayev də bu suallara aydın və seçiciləri qane edəcək tərzdə cavab verərək ölkə həyatında baş verən dəyişiklikləri,inkaşfı,sabitliyi dövlət başçısı İlham Əliyevin gərgin,düşünülmüş siyasəti ilə əlaqələndirib, hər bir kəsdən bu inkişafa dəstək verməyi xahiş edib.




Sitat: “Bu çoban torpağını sevir, taleyindən çox razıdır…”

Həmçinin, 55 saylı Xaçmaz Şəhər Seçki Dairəsindən ikinci dəfə seçkilərə qatılan millət vəkili Eldəniz Adil oğlu Səlimovla Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyi rayon şöbəsi üzvlərinin görüşü kecirilib.
Görüşü giriş sözü ilə hakim partiyanın Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev açaraq bildirib ki, ölkə Prezidenti tərəfindən aparılan uğurlu islahatların nəticəsidir ki ,dövlətimiz günü-gündən inkişaf edir,iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır:
“Bütün bunlara görə möhtərəm Prezidentimizə təşəkkür və minnətdarlığımızı bildiririk”.
O, sonra E.Səlimovun 5-ci cağırışda fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib.







Etikxeber.az





