“Kamilin Tunarla şəkli var…Həmin vaxt Tunar cəmi iki aylıq idi…Həmin şəkli, fotonu da həyat yoldaşı çəkib…Kamil yoldaşına deyib ki, Zəhra, nə yaxşı şəkildir…Bunu mən Şəhid olanda paylaşarsan…”-ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI, “QARABAĞ” ORDENLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ KAMİL ŞİRİNOVUN ANASI KÖNÜL ŞİRİNOVA – FOTOLAR

Tarixi 44 günlük İkinci Vətən Müharibəsinə Dastan yazan Qəhrəman Azərbaycan oğullarından, Nur üzlü Şəhidlərimizdən biri də Kamil Şirinovdur…

Əfsanəvi Xüsusi Təyinatlı, ali təhslli, peşəkar hərbçi, Kapitan Kamil Şirinov…

Həm də İkinci Vətən Müharibəsində canını Vətən yolunda fəda etmiş-eyni ad və eyni soyadı daşıyan iki Şəhid Kamil Şirinovdan biri…

Başdan-ayağacan, iliyinəcən Vətən sevdalısı, Vətən fədaisi Kamil Şirinov

Kamil Əliş oğlu Şirinov 9 aprel 1991-ci il tarixində Salyan rayonunun Çuxanlı kəndində, hərbçi ailəsində dünyaya gəlib…

Ailənin iki oğlan övladından, iki qardaşdan biri idi…

Atası Əliş kişi də peşəkar hərbçi olub…

Ona görə hər iki qardaş atalarının yolu ilə getmək, hərbçi olmaq qərarını veriblər…

Hər ikisi də həyatlarını Ordu, hərb ilə bağlayıblar…

1997-2006-cı illərdə Z. Həmidov adına Çuxanlı kənd tam orta məktəbində, 2006-2009-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub….

2009-2013-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb…

2013-cü ildən də Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) xidmət edib…

Kamil həm də idmana böyük həvəs həvəs göstərib, futbolla məşul olub…

Həmçinin, erməni, rus və ingilis dillərində mükəmməl şəkildə danışıb…

2016-cı ilin  tarixi Aprel döyüşlərində vuruşub və fərqlənib…

Eyni zamanda, qardaş Türkiyədə və digər ölkələrdə təlimlərdə iştirak edib, sonuncu dəfə isə Pakistanda 3 aylıq anti-terror təlimlərində olub…

İkinci Vətən Müharibəsi zamanı da ilk dəqiqələrdən döyüşlərə atılıb…

 Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Şərəfli döyüş yolu isə 3 gün çəkib…

Və sentyabr ayının 29-da Füzuli istiqamətində gedən qanlı döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına Ucalıb…

Nəşi Çuxanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən öncə “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı, Şəhidliyindən sonra isə ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və ali ordenlərimizdən olan “Qarabağ” ordeni ilə təltif edilib…

Hazırda Salyanda adını daşıyan küçə, eyni zamanda, Salyan rayonu və Azərbaycanın digər rayonlarında yerləşən bir neçə məktəbdə adına verilən sinif otaqları var…

Bununla yanaşı, Salyandakı orta məktəblərdən birinə adının verilməsi nəzərdə tutulur…

Və qeyd etdiyim kimi, Kamiln qardaşı da peşəkar hərbçidir…

Hazırda 28 yaşı olan qardaşı Baş leytenantdır…

Salyanda yerləşən hərbi hissələrdən birində fəaliyyət göstərir…

Kamil həm də ailəli olub…

Ali təhsilli Zəhra adlı xanımla ailə həyatı qurub…

İki oğlan övladı-4 yaşlı Türkayı və 3 yaşlı Tunarı ailəsinə, Vətəninə əmanət qalıb…

Sonuncu övladı-Tunarı Şəhidliyindən cəmi 4 ay əvvəl dünyaya gəlib…

Anası Könül xanımın dediklərindən:

“Sizə də göndərmişəm, Kamilin Tunarla şəkli var…Həmin vaxt Tunar cəmi iki aylıq idi…Həmin şəkli, fotonu da həyat yoldaşı çəkib…Kamil yoldaşına deyib ki, Zəhra, nə yaxşı şəkildir…Mən Şəhid olanda bu şəkli paylaşarsan (Səsi tirəyir)…Sanki Şəhid olacağı ürəyinə damıbmış balamın, İgidimin…”.

Könül xanım həm də Kamilin ölkə Prezidenti ilə birgə şəkli-fotosu haqqında danışıb:

“Kamil ölkə Prezidenti ilə çəkdirdiyi şəklini göndərdə dedi ki, ana, səndən bircə dənə xahişim odur ki, onu paylaşma…Dedim, oğlum niyə? Dedi ki, ana, olmaz…Çünki o vaxt əyinlərindəki hərbi formaya görə şəkil, foto paylaşmağa icazə verilmirdi…Ancaq onu da dedi ki, vaxt gələcək, sən o şəkli paylaşacaqsan…Mənim də heç ağlıma gəlməzdi ki, müharibə başlayacaq və balam Şəhid olacaq…Sən demə ona görə deyirmiş… Mən həmin fotonu, həmin şəkli Kamil Şəhid olandan iki gün sonra paylaşdım…Paylaşdım ki, qoy hamı görsün, bilsin övladım, Kamilim necə oğul olub…”.

Məkanı cənnətlik, ruhu şad olsun!

Nur içində yatsın!

Allah ailəsinə səbr və dözüm versin!

Ruhu daim bizimlədir, işıqlı, Nurlu xatirəsi daim ürəyimizdədir, daim qəlbimizdədir!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Təəssüflər olsun ki, bu gün dünyada dövlətlərarası münasibətləri tənzimləməli olan mexanizmlər zəifləmiş, beynəlxalq hüququn aliliyinə inam azalıb…”-İLHAM ƏLİYEVDƏN AVRASİYA İQTİSADİ ZİRVƏ TOPLANTISININ İŞTİRAKÇILARINA MÜRACİƏT

Read Next

Doğum günündə, 25 yaşının tamamında, noyabrın 8-də-ŞUŞADA ŞƏHİDLİK MƏQAMINA UCALAN ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ XƏYYAM ƏLİ OĞLU ƏZİZOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir