“Kampaniyanı Prezidentin komandasındakı məmurlardan başlamaq lazımdır…” – DEPUTAT

“Ölkə prezidenti cənab İlham Əliyev Yevlaxdakı müşavirədə çox maraqlı bir mövzuya toxundu. Təqribən belə dedi k, mən özüm siqaret çəkmirəm və kimsəyə də siqaret çəkməyi tövsiyə etmirəm. Bu çox pis vərdişdir. Ümid edirəm ki, Azərbaycanda siqaret çəkənlərin sayı azalacaq!  Buyurun, şəxsən mən siqaretə qarşı allergiyası və düşmənçiliyi olan bir Azərbaycan vətəndaşı kimi bu çağırışı ikiəlli dəstəkləyirəm. Antisiqaret kampaniyasını bilirsiniz kimdən başlamaq lazımdır?”.

musavira-ilya-2

Etikxeber.az verir ki, bunu deputat Fazil Mustafa dilə gətirib.

O, bildirib ki, kampaniyanı  Prezidentin komandasında olan məmurlardan başlamaq lazımdır.

Onun sözlərinə görə, ardınca Yeni Azərbaycan Partiyası (YAP) üzvləri bu tezisləri dəstəkləməli və əməli fəaliyyətdə bunu göstərməlidirlər.

“Ardınca digər siyasi partiyalar, qeyri-hökumət təşkilatları, dövlət qurumları, məktəblər və xəstəxanalar siqareti tərgitmək kampaniyasına qoşulmalıdır. Kütləvi şəkildə siqaret çəkməkdən imtina hərəkatı başlanmalıdır. Hər vaxt kampaniyaçılığın əleyhinə olsam da, bu məsələdə mütləq cəmiyyətin total şəkildə rol almasını zəruri hesab edirəm. Hər dəfə çıxış edib vurğulayırlar ki, ölkə prezidentiini özləri üçün örnək hesab edirlər, buyurun, prezident siqaretə qarşı mənfi münasibətinə reaksiyanızı ortaya qoydu, siz də onun bu addımını təqdirlə qarşıladığınızı əməli şəkildə göstərin! Siqaret həqiqətən millətimizin gələcəyi üçün ciddi bir təhlükədir.

nazirler

administrasiya

meclis

YAP

siqaret

Narkomaniya da, alkoqolizm də, psixi, onkoloji xəstəliklərin xeyli hissəsi də məhz bu pis vərdişdən sonra yaranır. Üstəlik cibinizin pulunu da bu mənasız vərdiş xeyli azaldır. Qanunla ictimai yerlərdə siqaretin çəkiliş imkanlarını nə qədər məhdudlaşdırsaq da, xalqımız qanundan çox qaydalara, vərdişlərə əhəmiyyət verdiyindən bu pis xəstəliyin kökünü kəsmək xeyli çətin olcaq. Hamı ən azı özünə yaxın çevrədə yaxşıya doğru kiçicik bir davranış sərgiləyərsə,siqaretdən imtina kampaniyasında müsbət nəticələr əldə etmək mümkündür…”

Etikxeber.az

Read Previous

Külli miqdarda valyutanın qanunsuz yolla ölkədən çıxarılmasının qarşısı alındı

Read Next

“Onlar istəyirdilər ki, Türkiyə zəiflənsin, parçalansın…” – AZƏR BADAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir