Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qubada yerləşən “Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanat qırılıb.
Etikxeber.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə zamanı ölən və yaralananlar olub.

APA agentliyinin xəbərinə görə, kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.
Bundan başqa, Quba sakinləri 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hoteldən kanatın qırılması və insanların xəsarət alması xəbərini Oxu.Az-a təsdiqləsələr də, ölən və yaralananların sayı barədə fərqli məlumat açıqlanıb:
“Bu məsələdə günah hotelin deyil, kanat üçün hotelə gələn şirkətin günahıdır. Təhlükəsizliyə riayət edilməyib. Hazırda araşdırma aparılır. Daha sonra ətraflı məlumat veriləcək”, – deyə, bildirən otel nümayəndəsi hadisə zamanı bir nəfərin öldüyü, bir nəfərin isə yaralandığını qeyd edib.
Etikxeber.az





