Kante “Real”-a və ya “Barsa”-ya keçmək naminə komandasından ayrılmağa hazırdır…

“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante “Pari Sen-Jermen” (PSJ) klubuna görə London təmsilçisini tərk etməyi düşünmür.

Etikxeber.az  “La Gazetta Dello Sport”a istinadla xəbər verir ki, 27 yaşlı fransalı futbolçu “Çelsi”dən yalnız “Real Madrid” və ya “Barselona” klublarına keçid naminə ayrılmağa hazırdır.

konte

Xatırladaq ki, “PSJ” rəhbərliyi yay transfer pəncərəsi zamanı Kanteni heyətinə qatmağa çalışsa da, heç bir nəticə əldə edə bilməyib.

Futbolçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq. Kante London klubuna 2016-cı ildə “Lester Siti” klubundan 35,8 milyon avroya keçib. Yarımmüdafiəçi cari mövsümdə “Çelsi”nin heyətində 10 matçda bir qol vurub.

Etikxeber.az

Read Previous

Əliyev Türkiyədə və “Star”-ın açılışında… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Sahibkarlıqla məşğul olan şəhid ailələrinə vergi güzəşti verilmir – NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir