“Karantin rejimi çərçivəsində aztəminatlı şəxslərə tətbiq edilmiş cərimələr bağışlanılsın”-DEPUTATDAN MARAQLI TƏKLİF

Bu gün Milli Məclisdə Ombudsmanın illik məruzəsi zamanı müraciətlər çox olduğu üçün çəxışlar daxili prosedurlara uyğun formada kəsildi (bu tam normal və qanuni haldır) və mən çıxışımda səsləndirmək istədiyim təklifimi parlamentin Katibliyinə yazılı təqdim etdim. Bildiyiniz kimi, karantin tədbirləri çərçivəsində 40 min civarında şəxs barəsində müvafiq rejimi pozduğuna görə inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir. Etiraf etməliyik ki, xəstəliyin azalma tendensiyası onu gösərir ki, bu məsələdə inzibati tədbirləri ciddi rol oynayıb.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Lakin,karantin rejimini pozanların bir qisminin məsuliyyətsizlikdən yox ehtiyacdan küçəyə çıxmalı olmasını, habelə karantin rejiminin onsuz da insanların maddi vəziyyətlərinə mənfi təsir etdiyini, eləcə də 190 manatlıq yardımdan sosial müdafiəyə həqiqi ehtiyacı olan bir qism insanın faydalanana bilmədiyini nəzərə alaraq, bu günə qədər karantin rejimi çərçivəsində aztəminatlı şəxslərə tətbiq edilmiş cərimələrin bağışlanmasını yazılı şəkildə təklif etdim. Və Katibliyə təqdim etdiyim yazılı mətndə bu məsələsini öz tərəfindən də gündəmə gətirməyi hörmətli İnsan hüquqları üzrə Müvəkkildən xahiş etdim”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Sözümüzlə əməlimiz arasında fərq yoxdur”- Prezident yenidən Sumqayıtda-“AĞDƏRƏ”DƏN ÇƏKİLƏN QAZ KƏMƏRİNİN AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Məktəblərin açılması məsələsi epidemioloji vəziyyətdən asılıdır”-RƏSMİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir