“Karantin rejiminin birdən-birə aradan qaldırılması mümkün deyil, bu, ikinci dalğa yoluxmaya səbəb ola bilər…”-OPERATİV QƏRARGAH – YENİLƏNİB – (1)

Karantin rejiminin sonlandırılması istiqamətində tədbirlər planını hazırlayırıq.

Etikxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı bildirib ki, tədbirlərin tədricən yumşaldılması üçün işlər davam etdirilir:

“Karantin rejimi bir sıra amillərə görə uzun müddət davam edə bilməz. Karantin rejiminin tədricən və nəzarət altında aradan qaldırılması çox vacibdir. Amma karantin rejiminin birdən-birə aradan qaldırılması mümkün deyil. Bu, ikinci dalğa yoluxmaya səbəb ola bilər”.

Çindən indiyə qədər müayinə, nümunə götürmək üçün ləvazimat gətirməmişik”-deyən R. Bayramlı bildirib ki,bu ləvazimatlar Azərbaycanın özündə var idi: “Ehtiyac olam digər ləvazimatlar bəzi Avropa ölkələrindən gətirilib”.

O, sonra deyib ki, sağalmış şəxslərin yenidən yoluxması mümkündür.

R. Bayramlı bildirib ki, virus mutasiyaya uğraya bilir.

***

“Yoluxmanın sayının nisbətən azalması tendensiyanın müsbət istiqamətə tərəf getməsinə işarədir. Amma virusa qalib gəlməmişik. Bu, qeyri-müəyyənlikdə qalır”.

Bunu isə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov bildirib ki, karantin rejimindən çıxma ilə bağlı muzakirələr aparılır:

“Hansı mərhələdə iqtisadi aktivlik başlayacaq, universitetlər, məktəblər açılacaq, bu, müzakirə olunmaqdadır. Hətta karantin bitəndən sonra necə yaşamaq məsələsi də müzakirə olunur. Zamanı gələndə cavab veriləcək. Bu gün təhsil, tədris nə vaxt bərpa olunacaq barədə demək tezdir”. 

***

“Mərkəzi Bankın İdarə Heyətinin sədri də bildirib ki, istehlak kreditlərinin dondurulması məsələsinə baxılır”-deyən İ. Məmmədov bildirib ki, istehlak krediti alanlar əsasən işləyənlərdir: 

“Bu adamlara da dövlət öz dəstəyini göstərir. Onlara imkan verilir ki, onlar öz kreditlərini bağlaya bilsinlər. Dövlət birincisi onların işdən azad olunmasına imkan vermir, ikincisi, onlara Əməkhaqqı Fondu vasitəsilə əməkhaqqını verir, üçüncüsü, onların çalışdığı müəssisələrə dövlət tərəfindən kredit imkanları yaradılır, dördüncüsü onlara vergi tətilləri tətbiq ediləcək. Yəni həmin şəxslərə kreditlərini ödəməsi üçün bütün imkanlar yaradılır. Amma bütün hallarda bu məsələ müzakirə olunur”.

Etikxeber.az

Read Previous

“Hər bir dövlətin gücü çətin vəziyyətlərdə atdığı addımlarla, hadisələri nəzarətdə saxlamaq imkanları, qabiliyyəti ilə ölçülür”-NAQİF HƏMZƏYEV

Read Next

“Separatçıların “seçki” şousu özünüifşadır…”- VİTSE-SPİKER EYNİ ZAMANDA, AŞPA-NI SƏRT TƏNQİD ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir