Karantin rejiminin pozulmasına görə 11 318 hərəkət iştirakçısı inzibati məsuliyyətə-CƏLB OLUNDU…

Baş Dövlət Yol Polis İdarəsi ölkə ərazisində tətlmiş xüsusi karantin rejimi ilə əlaqədar 09.04.2020-ci il saat 00:00-dan 10.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

İdarədən Etikxeber.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 09.04.2020-ci il saat 00:00-dan 10.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1359 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 11318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Etikxeber.az

Read Previous

“Yekə-yekə danışmağı ilə adam özünün hələ də “gərəkli” olduğunu nümayiş etdirmək istəyir…”-SABİQ DEPUTATDAN EKS BİRİNCİ VİTSE-SPİKERƏ SƏRT CAVAB

Read Next

“Hər gün 80-100 maşın məişət tullantısı daşınır, ona görə böyük bir rayonda bu problemin həlli çox aktualdır…”-FATMA YILDIRIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir