Karantini pozan 43177 hərəkət iştirakçısı məsuliyyətə cəlb edildi-DYP

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 28.04.2020-ci il saat 00:00-dan 29.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 806 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Etikxeber.az-a Baş Dövlət Yol Polis İdarəsindən (DYP) məlumat verilib.

Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 43177 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Etikxeber.az

Read Previous

AŞPA-nın yay sessiyası nə vaxt keçiriləcək, SESSİYADA HANSI QƏTNAMƏ LAYİHƏSİ MÜZAKİRƏ OLUNACAQ?

Read Next

“Prezidentin üstünlüyü və böyüklüyü ondadır ki, o, heç zaman xırda hisslərlə yaşamayıb…”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir