Karantinin pozulmasına görə 31 516 hərəkət iştirakçısı məsuliyyətə-CƏLB EDİLDİ…

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 19.04.2020-ci il saat 00:00-dan 20.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1874 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Etikxeber.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.

Qeyd olunub ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 31 516 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Etikxeber.az

Read Previous

Addımların mübarək olsun, Azərbaycan, addımlarınız sayalı olsun, cənab Prezident!-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“Görülən işlər postpandemiya dövrünə istiqamətlənib ki…”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir