Karantinin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi-DYP AÇIQLADI

Baş Dövlət Yol Polis İdarəsi (DYP) tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 08.04.2020-ci il saat 00:00-dan 09.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1445 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

İdarədən Etikxeber.az-a verilən məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Etikxeber.az

Read Previous

Koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçdi-Aİ AZƏRBAYCANA 14 MİLYON AVRO AYIRDI

Read Next

Acizlik-RƏŞAD MƏCİD YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir