Karateçilərimiz dünya kubokunu 4 medalla başa vurdu

Xorvatiyanın Umaq şəhərində keçirilən karate üzrə dünya kuboku yarışlarında karateçilərimiz 4 medal qazanıblar.

Azərbaycan Milli Karate Federasiyasından Etikxeber.az-a bildirilib ki, gənclərdən ibarət seçmə komandanın üzvlərindən Müseib Məmmədov (-55 kq) və Fidan Teymurova (-48 kq) dünya kubokunun gümüş medallarına yiyələniblər. Fərid Ağayev (-52 kq) isə yeniyetmələr arasında bürünc mükafata sahib olub. Azyaşlılar arasında çıxış edən perspektivli Gəncə idmançısı Fərid Savadov da 3-cü yer tutub.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası İdarə heyətinin üzvü Yaşar Bəşirov nüfuzlu yarışın mükafatlandırma mərasimində iştirak edib.

Etikxeber.az

Read Previous

İranda Azərbaycan mədəniyyət həftəsinin rəsmi açılış mərasimi oldu

Read Next

“Böyük gələcəklə bağlı planlarımızı onlarla müzakirə edirik ki…” – ƏLİ ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir