Azərbaycan karateçiləri “Bakı-2017”də ikinci bürünc medalı qazanıblar.
Etikxeber.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Firdovsi Fərzəliyev bürünc medal uğrunda görüşdə indoneziyalı Suryadi Suryadi ilə üz-üzə gəlib. Rəqibi üzərində 6:0 hesabı ilə inamlı qələbə qazanan F.Fərzəliyev IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına yiyələnib.
Etikxeber.az