Qazaxıstan gələn il bu ölkədəki “Kaşaqan” yatağından hasil edilən neftin Azərbaycan vasitəsilə nəqlinin mümkünlüyünü istisna etmir.
Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 13-cü iclasında Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib. O, 2017-ci ildə bazar şərtlərinin dəyişə biləcəyini və “Kaşaqan” yatağından hasil edilən neftin Azərbaycan vasitəsilə ixracına başlanılmasının mümkünlüyünü bildirib.
“Kaşaqan” nefti Azərbaycanın dəmir yolu ilə və ya ölkənin boru kəmərləri vasitəsilə nəql oluna bilər” – deyə, nazir əlavə edib.
Etikxeber.az