Kasıb daxmasından çıxan daha bir Şəhid-AZRZULARI HƏYATI KİMİ YARIMÇIQ QALAN 20 YAŞLI SENTYABR ŞƏHİDİ SƏFİYAR MƏMMƏDOV… – FOTOLAR

Səfiyar Elşən oğlu Məmmədov…

Qəhrəman Goranboylu, Qızılhacılılı…

1 yanvar 2002-ci il doğumlu…

Ailənin 4 övladından, 3 oğlandan biri…

Həddindən artıq kasıb bir ailənin övladı…

Bir qarnı ac, bir qarnı tox böyüyən, anası tərəfindən minbir əzab-əziyyətlərlə böyüdülən, boya-başa çatdırılan, ev adına daxmada yaşayan (yaşamış) Səfiyar Məmmədov…

Səfiyar orta məktəbi bitirdikdən bir müddət sonra Əsgərliyə yollanıb və həqiqi hərbi xidmətini başa vuraraq, evinə, ailəsinə, anasının yanına dönüb…

Sonra yenidən həyatını hərb, Ordu ilə bağlayıb…

Və cəmi bir neçə gün öncə, sentyabr döyüşlərində qəhrəmancasına həlak olub…

Canını cəmi 20 yaşında Vətən yolunda fəda edib, Şəhidlik məqamına ucalıb…

Sentyabrın 15-də də nəşi Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

İzdihaımlı şəkildə Əbədiyyətə uğurlanıb…

Bu gün Goranboylu Şəhid bacıları və Qazi Fuad Həsənovla birlikdə Şəhidimizin evini, ocağını, kasıb daxmasını, onkioloji xəstəlikdən əziyyət çəkən, yataq xəstəsi olan anasını, qardaş və bacısını, ailə üzvlərini ziyarət etdik, onlara baş çəkdik…

Bir daha Şəhidimizin anası Narıngül Mahmudovaya və ailə üzvlərinə başsağlığı verdik, bir daha onlara, Yaralı, Dərdli anaya Allahdan səbr və dözüm dilədik…

Bir daha “Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedik…

Eyni zamanda, Allahdan Şəhidimizin anasına, xəstəliyini az qala unudub, övlad acısı ilə qovrulan, göz yaşlarını saxlaya bilməyən Narıngül xanıma şəfa, tezliklə sağlamlığına qovuşmasını arzuladıq…

Və bir daha onun şahidi olduq, bir daha onun təsdiqi oldu ki, Şəhidlər məhz kasıb ailələrdən, kasıb daxmalarından çıxırlar…

Məhz kasıb balaları, daxmalarda böyüyən balalar Vətənə, Torpağa uf demədən canlarını fəda edirlər…

Necə ki, Səfiyar etdi, necə ki, cəmi Səfiyarlar etdi…

Bir daha ruhu qarşısında baş əyirik-Şəhidimizin, həyatdan nakam köçən, arzuları həyatı kimi yarımçıq qalan Səfiyar balamızın!

Bir daha və bir daha məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 70 yeni-YOLUXMA…

Read Next

Bayramov Blinken və Mirzoyanla görüşdə Ermənistanın proseslərə maneçilik törətdiyini-BƏYAN ETDİ, BMT BAŞ KATİBİ İLƏ BİR ARAYA GƏLDİ… – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir