“Kasıblar ölkə vətəndaşı deyil, onlar istirahət etməməlidir?” – DEPUTATDAN TƏPKİ

Müzakirəyə çıxarılan  “Turizm haqqında” qanun layihəsi qanundan daha çox biznes-plana oxşayır.
elmira-kitab
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin aprelin 4-də keçirilən iclasında millət vəkili Elmira Axundova  “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, digər ölkələrin təcrübəsində bir sahə üzrə bir çərçivə qanunu olur ki, bunun da əsasında bu sahənin bütün tərəfləri əhatələnir.
“Ancaq müzakirəyə təqdim olunan qanun layihəsi mahiyyət baxımından nə çərçivə qanununa, nə Məcəlləyə, nə də digər bir qanuna bənzəyir. Bu, daha çox biznes-plana oxşayır”- deyə, o,  vurğulayıb.
O, əlvə edib ki, öncəki variant bundan geniş olsa da, daha aydın dildə yazılmışdı və konkretlik var idi.
“Ancaq burada belə bir şey yoxdur. Natamamalıq və ziddiyyətlər mövcuddur. Sənəd elə olmalıdır ki, onun çərçivə qanunu və ya Məcəllə olduğu aydın olsun. Bundan əlavə konkretlik və aydınlıq olmalıdır.
Digər məqam isə odur ki,  burada məhdudiyyətlərdən yenidən söz açılır. Ümumiyyətlə, mənim məhdudiyyət sözündən xoşum gəlmir.  Harada olsa da,  turizmdə məhdudiyyət anlaşılan deyil”– deyə, millət vəkili vurğulayıb.
E. Axundova bildirb ki, ona gör də qanun layihəsi üzərində yenidən işlənilməlidir.
hadi racabli-hadi
Komitə sədri Hadi Rəcəbli öz növbəsində deyilən iradları qəbul edərək bildirib ki, layihə təkmil formada hazırlanmalıdır:
“Biz bu sahədə gecikmişik. Hesab edirəm ki, bu sahə üzrə qanun qəbul edilməlidir və ondan sonra çatışmayan məsələlər qanuna əlavə və dəyişiklik şəklində edilə bilər”.
ILHAM- MEMMEDOV
 Millət vəkili İlham Məmmədov da qanun layihəsində qüsurların olduğunu dilə gətirərək, onun yenidən  daha ciddi formada hazırlanmasını təklif edib.
 O, deyib ki, bu layihəni  konseptual olaraq qəbul etmək olar:
“Ancaq sənəd üzərində ciddi işləmək lazımdır. Çünki sənəddə ciddi çatışmazlıqlar, ziddiyyətlər mövcuddur, həmçinin, layihənin dilində ciddi problemlər var. Bunlar aradan qaldırlmalıdır”.
araz
“Azərbaycanda bir dəfə qalxan qiymət, bir daha enmir”.
Bunu isə  deputat Araz Əlizadə deyib.
“Bizdə bayraq haqqında deyiblər ki, “Bir kərə yüksələn bayraq, bir daha enməz. Ancaq indi deyirlər ki, Azərbaycanda bir kərə qalxan qiymət, bir daha enməz. Çünki ölkə başçısı tərəfindən əməkhaqqı və pensiya qaldırılmamışdan öncə qiymətlər qalxır. Sadə xalq çətinlik çəkir. Bayram ərəfələrində başqa ölkələrdə ucuzlaşma olsa da, bizdə qiymətlər dəfələrlə artır və enmə olmur”- deyə, o vurğulayıb.
A.Əlizadə deyib ki, bu gün rayonlarda otellərə gedirsən, orada  yataq dəstləri illərlə yenilənmir, elə köhnə yataq dəstləridir.
“Ya kondinsioner işləmir, ya istilik sistemi. Belə olmaz, axı?! Qiymətdə ki, Allah  göstərməsin, yaxına düşmək olmur. Şəraiti olmayan otelin bir gecəsinə 80 manat.  Məgər daxili turizm varlılar üçün nəzərdə tutulub? Kasıblar ölkə vətəndaşı deyil, onlar istirahət etməməlidir?”- deyə, A.Əlizadə bildirib.
A.Əlizadə deyib ki, otellərin ulduz məsələsinə bir daha baxılmalı və bu məsələ tənzimlənməlidir.
Qanun layihəsi ilə bağlı məsələyə gəldikdə isə A.Əlizadə bildirib ki, sənəddə elə müddəalar var ki, onlar birbaşa  korrupsiyaya yol açır:
“Ona görə də qanun layihəsi konkret olmalı və  məmurlar korrupsiyaya yol açan məqamlara yol verməməlidir. Çünki qanunun boşluğundan istifadə edən məmur hansısa sahibkar bir turist obyekti və ya restoran tikməyə başlayan kimi başının üstünü kəsdirir  və deyir: tez ol, ver. Belə olmaz, axı…”
A.Əlizadə xaricə gedən turistlər üçün də yaxşı imkan yaradılmasını təklif edib.
O, deyib ki,  ildə bir milyonadək azərbaycanlı Gürcüstanda-Batumda istirahət edir.
“Baxın, İrəvandan qatar birbaşa Batuma gəlir, ancaq Bakı qatarı Tiflisədək gedir. Oradan isə vətəndaşlarımız Gürcüstana məxsus ekspress qatarı ilə Batuma getməli olur. Bir yandan biz  dəmiryolun rentabellisisz işlərini deyirik, bir yandan digərlərinə imkan yaradırıq ki, biz qazana bilmirik, siz qazanın. Məgər Gürcüstana az vermişik ki, bu sahəni də onalara verək?… Olmaz elə özümüz Batumadək qatar marşurutu açaq. Qaz verdik, nefti verdik, digər sahələrdə yardım etdik. Bəsdir də.. Qoy özümüzünkülər bu sahədə aktivləşsin də…”– deyə, o, bildirib.
Millət vəkili Rafiq Məmmədhəsənov  da qiymətlərin əlçatan olması ilə bağlı məsələni dilə gətirib.
Etikxeber.az

Read Previous

Əmək Məcəlləsinə korrupsiya ilə bağlı dəyişiklik edilir… ( YENİLƏNİB -3)

Read Next

“Çimərlik turizminin inkişafını təklif edəndə məni lağa qoyurdular, ancaq…” – RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir