“Kaspirşik qrupunun tərkibinin genişləndirilməsi ilə bağlı razılıq olsa da…” – POPOV

Minsk qrupunun həmsədrləri  bölgəyə səfərlərinin yekunlarını ATƏT rəhbərliyi ilə müzakirə edəcək.
Etikxeber.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı  həmsədri  İqor Popov Xankəndində jurnalistlərə açıqlamasında deyib.
Rusiyalı diplomat deyib ki, bölgəyə səfəri zamanı tərəflərin mövqeyini dinləyiblər:
“Biz danışıqları  Vyanada  Minsk qrupu ilə görüşdə davam etdirəcəyik.
Biz eyni zamanda  ATƏT rəhbərliyi ilə də görüşüb məsələ barədə fikir mübadiləsi aparmağı planlaşdırırıq.
Bizim  “Yüksəksəviyyəli planlama” qrupu ilə görüşmək niyyətimiz var”.
Rusiyalı diplomat eyni zamanda, ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspirşikin  qrupunun genişləndirilməsini də müzakirə etdiklərini dilə gətirib.
“Kaspirşik qrupunun  tərkibinin genişləndirilməsi ilə bağlı razılıq olsa da, hələ də ortada  bu məsələ ilə bağlı bir sıra texniki problemlər var.  Bu  məsələ müzakirə olunub. Bu, Minsk qrupunun apreldə müzakirə edəcəyi ən ümdə  məsələlərdən biri olacaq”- deyə, İ.Popov bildirib.
Etikxeber.az

Read Previous

“Bumeranq fırlanır, əkilən biçilir…” – DEPUTAT YAZIR

Read Next

“65 yaş və yuxarı yaşda olanların sayı 67,3 faiz artıb ki…” – NAZİRİN BƏHANƏSİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir