“Kastamonu, Sinop və Bartında baş vermiş sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni kədərləndirdi”-ƏLİYEV ƏRDOĞANA BAŞSAĞLIĞI VERDİ

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Etikxeber.az xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Kastamonu, Sinop və Bartında baş vermiş sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Etikxeber.az

Read Previous

Sabah hava-NECƏ OLACAQ?

Read Next

“Görülən tədbirlər müsbət nəticəyə gətirib çıxarmayıb və…”-CAHANGİR ƏSGƏROV – AĞIR ATLETİKA FEDERASİYASI YENİDƏN TƏŞKİL OLUNACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir