Kataloniyada polislə toqquşmalar zamanı xəsarət alanların sayı 337 nəfərə çatdı – YENİLƏNİB (1)

Kataloniyada polislə toqquşmalar zamanı ən azı 337 nəfər xəsarət alıb.

Bu barədə isə Kataloniya hökuməti məlmat yayıb.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır.

***

İspaniya polisi Barselonada Kataloniyanın müstəqilliyi ilə əlaqədar keçirilən referendumda iştirak etmək istəyənlərə qarşı rezin güllədən istifadə edib.

Bu barədə “Həftənin güzgüsü” nəşri məlumat yayıb.

Polis seçki məntəqələri yaxınlığına toplaşanlara rezin güllələrdən atəş açıb. Barselona küçələrində xəsarət almış insanlar görüntülənib.

***

Bu gün İspaniyanın Kataloniya muxtar əyalətində müstəqilliklə əlaqədar referendumun qarşısını almağa çalışan polislə toqquşmalar zamanı ən azı 38 nəfər yaralanıb.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə  muxtariyyətin Səhiyyə Departamentinin “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

Yaralananların əksəriyyəti yüngül xəsarət alıb.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır.

Etikxeber.az

Read Previous

“Yaqland, ona dəstək verən digərləri çıxılmaz və rüsvayçı durumda qalmalı olacaqlar…” – ELDƏNİZ SƏLİMOV

Read Next

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan – Türkiyə 1-3 – FOTO- YENİLƏNİB (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir