Keçmiş məcburi köçkünlər üçün tikilən 6 365 mənzilin şəhid ailələri və qazilərə verilməsi üçün iş aparılır-NAZİR MÜAVİNİ

Son 3 il 10 ay ərzində 230 min şəxs işlə təmin edilib.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” (ikinci oxunuş) qanun i layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O, postmüharibə kontingentinə də toxunub:

“Xüsusilə şəhid ailələri və qazilərlə bağlı məsələlər qaldırılıb. Bu həssas təbəqədən olan 8200 şəxslə bağlı müvafiq məşğulluq tədbirləri həyata keçirilib. Növbəti il üçün qarşıdan duran hədəflər peşə və kvalifikasiyanın sayının 500-ə çatdırılmasıdır. Sosial müavinətlərin artırılması ilə bağlı da fəaliyyət davam etdirilir”.

A. Kərimov qeyd edib ki, vacib məsələlərdən biri də mənzillərdir:

“Keçmiş məcburi köçkünlər üçün tikilən 6 365 mənzilin şəhid ailələri və qazilərə verilməsi üçün iş aparılır”.

Etikxeber.az

Read Previous

Kərim Vəliyev general-polkovnik, Ənvər Əfəndiyev general-leytenant oldu-SƏRƏNCAMLAR

Read Next

Xalq rəssamı 1-ci dərəcəli “Əmək” ordeni ilə-TƏLTİF EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir