Keçmiş məhkumlardan silah-sursat götürüldü

Polis əvvəllər məhkum olunmuş Bakı şəhər sakinini saxlayıb.

Etikxeber.az-ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, Yasamal Rayon Polis İdarəsi 27-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Fərəcullayevdən “AKS-74” markalı avtomat silahı, 600 ədəd avtomat patronu və 3 ədəd patron darağı götürülüb.

Sabunçu Rayon Polis İdarəsi 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Aqil Abbasovdan içərisində nömrəsi silinmiş “AKMS” markalı avtomat silahı, 26 ədəd avtomat patronu və 1 ədəd patron darağı olan çanta götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Avtomobil yollarında müşahidə olunan vəziyyət açıqlandı

Read Next

30 min mənimsəyən dələduza hökm oxundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir