“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasındamüzakirəyə çıxarılıb.
Etikxeber.az-ın xəbərinə görə, komitə sədri İsa Həbibbəyli bildirib ki, “Məktəbəqədər təhsil haqqında” qanun 2017-ci il 14 aprel tarixdə qəbul edilib.
“Mövcud qanundan fərqli olaraq yeni qanunda bir sıra terminlərdən istifadə olunub, məsələn, “orta peşə ixtisas və texniki peşə təhsili” terminləri yeniləri ilə əvəzlənib. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunda vaxtilə istifadə edilmiş terminlər “Məktəbəqədər təhsil haqqında” qanunda istifadə olunmuş terminlərə uyğunlaşdırılır”-deyə, o, sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az