Keçmiş polis əməkdaşı qətlə yetirildi-YEVLAXDA

Yevlaxda keçmiş polis əməkdaşı öldürülüb.

Etikxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 8-də saat 01 radələrində Yevlax rayonu Çənlibel qəsəbəsində 1980-ci il təvəllüdlü Anar Sadıqovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

“Cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 1985-ci il təvəllüdlü Ramin Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib”, – deyə DİN-in məlumatında qeyd olunub.

Qeyd olunub ki, A.Sadıqov əvvəllər Yevlax Rayon Polis Şöbəsində serjant kimi xidmət edib.

Araşdırmalar davam etdirilir.

Etikxeber.az

Read Previous

Qarabağ iqtisadi rayonuna 7841 vətəndaş səfər edib-XÜSUSİ NÜMAYƏNDƏ AÇIQLADI

Read Next

Ovladıqları cüyürü Qəbələyə satmağa gətirən İsmayıllı sakinləri-SAXLANILDI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir