“Keşlə” heyətini paraqvaylı hücumçu ilə gücləndirdi

Bakının “Keşlə” futbol klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubdan Etikxeber.az-a bildiriblər ki, paytaxt təmsilçisi paraqvaylı hücumçu Lorenzo Frutos ilə müqavilə imzalayıb.

Otuz yaşlı futbolçu bir il bu komandada forma geyinəcək.

L.Frutosun sonuncu klubu Venesuelanın “Deportivo Lara” komandası olub. O, həmçinin Paraqvayın “Sol de Amerika”, “Rubio Nyu”, “İndependiente” və Salvadorun “Santa Tekla” klublarında çıxış edib.

Etikxeber.az

Read Previous

“Təəssüf ki, bu tale yaxınlığı işğal amilinə də əsaslanır…” – ƏFLATUN AMAŞOV

Read Next

“Torpaqlarımızı eyni güc mərkəzi işğal edib” – YAP-ÇI DEPUTAT – MİLLƏT VƏKİLLƏRİ GÜRCÜSTAN SƏFİRLİYİNDƏ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir