Kiçik bir insident olarsa, mətbuat bunu dərhal yazır – BİRİNCİ VİTSE-SPİKER

Ziyafət Əsgərovdan jurnalistlərə irad

Milli Məclisin(MM) bu gün keçirilən plenar iclasında parlamentin televiziyasının yaradılması təklif edilib. 

Etikxeber.az xəbər verir ki, bu təkliflə hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov (Babaoğlu) çıxış edib.

ziyafat

Millət vəkili deyib ki, Milli Məclisdə qanun layihələri qəbul edilir, amma bunun izahının verilməsi üçün televiziya kanalına ehtiyac var:

“Tutaq ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Bunun mahiyyəti açıqlanmalıdır”.

MM sədrinin birinci müavini Ziyafət Əsgərov da bildirib ki, qanun layihələri qəbul edilir, müəyyən məsələlər müzakirə olunur, amma jurnalistlər buna diqqət yetirmirlər:

“Milli Məclisdə akkreditasiya edilən jurnalistlərin işi parlamentin qəbul etdiyi qanunları təbliğ etməkdir. Amma belə olmur. Əgər kiçik bir insident olarsa, mətbuat bunu dərhal yazır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Mühasibat uçotu haqqında” qanuna dəyişiklik edildi

Read Next

“Bu qanun lirikadır…” – ƏLİZADƏDƏN İRAD – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir