Kiçik çavuş Qubadlıda-3 HƏRBÇİMİZİ QƏTLƏ YETİRDİ…

02 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.

Etikxeber.az xəbər verir ki, bu haqda Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin Məlumatında bildirilir.

Qeyd olunur ki, bundan sonra baş çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçıb.

Hazırda baş çavuş E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.

“Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərə­findən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir”-deyə, məlumatda sonra qeyd edilir.

Etikxeber.az

Read Previous

Ailənin tək və subay oğlu, ali təhsilli, iki medallı-ŞƏHİD MANAF BƏHMƏNLİNİN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ – 24 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT EDİLDİ, MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

“Şuşa İli” nəinki Şuşanın, işğaldan azad edilmiş bütün ərazilərimizin, yurd yerlərimizin yenidən dirçəlməsi, cənnət məkanına çevrilməsi, ayağa qalxması, intibahı demək olacaq”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir