“Kılıçdaroğlu mümkündür ki, Akşənəri dəstəkləsin” – POLİTOLOQ

“Necə ki, MHP lideri Dövlət Baxçalının erkən seçki qərarı çoxları üçün sürpriz oldu, eləcə də CHP-nin 15 millət vəkilini kəndi rizası ilə İyi Partiyə transfer etməsi çoxlarının ağlına gəlməzdi. CHP ağıllı gediş etdi. Birincisi AKP+MHP cütlüyünün İyi Partini seçkidən kənarda tutması strategiyasını pozdu, çünki İyi Partinin Məclisdə millət vəkili sayı artdı və seçkilərə yolu açıldı, ikincisi CHP lideri Kamal Kılıçdaroğlu mümkündür ki, prezident seçkisində İyi Parti lideri Meral Akşeneri dəstəkləsin”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

kilicdaroglu-aksener-iha_16_9_1524399604

O, qeyd edib ki, bununla Kılıçdaroğlu özünü partiya liderliyindən istefadan sığortalamış oldu:

“Çünki özü seçkiyə qatılsa açıq-aşkar Cumhurbaşkanı Rəcəb Təyyub Ərdoğana məğlub olacaq.

Üçüncüsü də var, İyi Parti CHP-nin bu yaxşlığı əvəzində onunla istənilən koalisiyada yer almaq məcburiyyətindədir.

Yəni, Meral Akşenerin bundan sonra Kamal Kılıçdaroğluna vəfa borcu var”.

Etikxeber.az

Read Previous

“Azad Rəhimov yaxın dostumdur…” – DEPUTATDAN ONU NAZİR GÖRMƏK İSTƏYƏNLƏRƏ ÇAĞIRIŞ

Read Next

Akşənərin partiyası seçkilərə buraxıldı – ÖZÜ İSƏ CXP-YƏ MİNNƏTDARLIQ BİLDİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir