Kimə və nəyədir etiraz: Rus dilinə yoxsa rusqafalılığa?-KAMİL HƏMZƏOĞLU YAZIR

Məsələnin mahiyyəti deyəsən, hələ də çoxlarına çatmır təəssüf ki…

Bəlkə də çatır, amma özlərini o yerə qoymurlar…

Söhbət rus dilini (və ya başqa dilləri) öyrənməkdən, bilməkdən, mənimsəməkdən, əxz etməkdən getmir…

Kaş hamımız elliklə bir neçə dildə danışa, oxuya biləydik… Bunun nəyi pisdir və ya pis ola, qıcıq doğura bilər ki?!

Söhbət ruskafalılıqdan, ruszehniyyətlilikdən, rus və Rusiya …sevdalılıqdan gedir…

Hamı-bu gün rus dilinin (məsələni anlamayanlar və ya bilərəkdən qarışdıranlar) atəşli “tərəfdarı” kimi çıxış edənlər-illər öncə Bakı mühitini, elitar mühiti, sovetlər dövrünü, 90-lara qədər olan dövrü kəskin tənqid edir, məhz Bakıda və digər iri şəhərlərimizdə rusdilli azərbaycanlıların çox və hökmran olması, hər yerdə onlara üstünlük verilməsi…səbəbindən ilk mərhələdə Qarabağ məsələsində uduzmağımızın bir baiskarı kimi də onları işarə verir, göstərir, onları “topa” tuturdular…

Yəni, rusları, erməniləri, sovetləri, Rusiyanı…yaxşı tanıya bilməməyimizin, dərk etməməyimizin…kökündə onların, rusdillilərin düşüncə tərzinin…dayandığını iddia edir, bildirirdilər…

Haqsız da deyildilər bir çox hallarda…

Çünki o zaman rusdilli (az bir qismi istisna olmaqla) və ruszehniyyətli elitamız hələ də”beynəlmiləlçilik, xalqlar dostluğu” röyasında, yuxusunda idilər, heç cür ayılmaq, “isti yerlərini” itirmək, əsl həqiqəti görmək və qəbul etmək istəmirdilər…Az qala özümüzü təqsirkar bilirdilər, Rusiyanı mələk sanırdılar…

İndi vallar, mahnılar, rollar dəyişib, hər şey tərsinə fırlanıb və ya fırladılıb…İndi həmin şəxslərin, etiraz edənlərin, söyənlərin çoxu-özü də mənim kimi rayondan və kənddən gələnlər…Bakının və digər yerlərin “havasını” alandan sonra əsilli-nəsilli…rusdillilərdən “betər” olublar rus dilini “müdafiə” etmək məsələsində…Yenə də deyirəm, yuxarıda da qeyd etmişdim, məsələnin mahiyyətini bilmədən və ya özlərini bilməməzliyə vurmaqdan…

Yoldaşlar, cənablar, əfəndilər…söhbət rus dilini öyrənməkdən…getmir, söhbət ruszehniyyətliliyə, rusqafalılığa…geniş meydan açan məqamlardan, səbəblərdən, rus məktəblərinə, rus sektoruna kütləvi meyllilikdən, təşviqdən gedir…

Özü də sanki çoxlarının “ürəyi” gedir ki, ona, sadəcə, “ruskoyazıçnıx” desinlər…Nə dəyişir, nə dəyişəsidir ki?! Sanki bununla bir dəqiqənin içində dönüb elita, elitar, nə bilim nəmi oldular, olacaqlar?!…

Bahalı paltar geyinməklə deyil məsələ…Məsələ o paltarın altındakı vücudun, bədənin, ruhun…hansı dəyərdə, hansı dəyərlərin daşıyıcısı olmasıdır…

Rus dilini öyrənməyə yox, rusqafalılığa…könüllü razı olanlaradır qıcıq, haqlı etiraz və qəzəb…Hə, onu da deyim ki, rusqafalı ilə Azərbaycankafalı “tupoy”un, əclafın…da bir fəqri yoxdur…

Heç kim də heç kimi xain çıxarmır-özləri xain olmasa və ya özlərini xain sanmasa…

Sadəcə, məsələnin mahiyyətini anlamaq, sonra danışmaq, ittiham etmək və səmimi olmaq lazımdır. Bu qədər bəsit!!!

09:19

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının baş redaktoru

Etikxeber.az

Read Previous

UEFA Çempionlar Liqası: “Qarabağ” – “Molde” – 5:6 – YENİLƏNİB – (10)

Read Next

“Bu, heç də söz azadlığına qarşı deyil…”-ZAHİD ORUC “NİFRƏT DİLİ” İLƏ BAĞLI QANUN LAYİHƏSİNİN HAZIRLANMASININ VƏ MÜZAKİRƏSİNİN NƏZƏRDƏ TUTULDUĞUNU BİLDİRDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir