Milli Məclisin (MM) bu gün keçirilən plear iclasının ikinci hissəsində maraqlı məqam yaşanıb.
Etikxeber.az xəbər verir ki, yerdən bəzi deputatlar iclasın gedişinə mane olublar.
Bu isə spiker Oqtay Əsədovun etirazına səbəb olub və məsələyə bu cür reaksiya verib:
“Kim istəyirsə, mənim yerimə gəlib iclasa sədrlik etsin. Mən sizin işinizi yüngülləşdirmək istəyirəm. Gündəliyin 4 məsələsi bir paketdə daxil olub. Onu da müzakirə edib iclasın davamını ayın 30-na saxlayarıq”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az