“Kim kimi qaçırdı…” – SİYAVUŞ NOVRUZOVDAN SƏRT ETİRAZ – YENİLƏNİB (4)

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı  haqqında hesabat dinlənildi

Siyavuş Novruzov: “Son günlər kim kimi qaçırdı, kim kimləsə evlənib kimi məsələlər Azərbaycan mediasında geniş yer alır ki, bunlar milli-mənəvi dəyərlərə zidd hərəkətlərdir”

Milli Məclisin (MM) aprelin 7-də keçirilən növbəti plenar iclasında  İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı  haqqında hesabat dinlənilib.

Etikxeber.az-ın xəbərinə görə, hesabatı təqdim edən daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov qeyd edib ki, İnsan alverinə qarşı mübarizə ilə bağlı 80-yə yaxın qanunvericilik aktı və digər sənədlər qəbul olunub:

 “Maarifləndirmə tədbirlərinə 182 min manat vəsait ayrılıb. Keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində 399 cinayət hadisəsi aşkarlanıb. 26 cinayətkar dəstənin fəaliyyəti zərərsizləşdirilib. Bunların  102 nəfər üzvü də istintaqa cəlb olunub. 15 qeyri- hökumət təşkilatı səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.  Azərbaycan insan alverində təqsirli bilənən və xarici ölkələrdə gizlənən cinayətkarların Azərbaycana ekstradasiyası ilə bağlı müzakirələr aparırlar. Artıq Türkiyə, İran, BƏƏ hökumətləri ilə insan alverində ittiham olunaraq gizlənmiş şəxslərin ölkəyə ekstradasiyası ilə bağlı məlumatlandırıcı informasiya mübadiləsi aparılır. Ötən il  141 cinayət faktı aşkarlanıb və bunun nəticəsində 15 cinayətkar dəstə yaxalanıb,70 nəfər cinayətin qurbanı olan şəxslər aşkar edilib. Onlardan 69- u Azərbaycan, biri isə əcnəbi vətəndaş olub. Onlardan 63  qurban və yeddi potensial qurban sığınacağa yerləşdirilib və birdəfəlik 400 manat müavinət verilib. 25- i işlə təmin olunub.  54 qurban ailəsinə qaytarılıb. Qurbanların himayəsində olan 31 azyaşlı sosial proqramlara cəlb olunub”. 

Nazir müavini bildirib ki, onların sosial reablitasiyasına DİN büdcəsindən əlavə olaraq 153 min manat xərclənib.

***

“Son günlər kim kimi qaçırdı, kim kimləsə evlənib kimi məsələlər Azərbaycan mediasında geniş yer alır. Bunlar milli-mənəvi dəyərlərə zidd hərəkətlərdir”. 

Bunu hesabatın müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov  deyib. 

Onun sözlərinə görə, bunun qarşısını almaq üçün ictimai qınaq məsələsi gündəmə gətirilməlidir: 

“Mili- mənəvi dəyərlərə zidd olan tədbirləri bəlkə də  hüquq-mühafizə orqanları ilə birgə aparmaq lazımdır. Bu elə bir sahədir ki, pul varsa insanları cəlb edir. Bu baxımdan kim hansı yola düşübsə,  vaxtında onun qarşısını almaq lazımdır”.

***

zahid_oruc_esas

Zahid Oruc: “…Həmin azərbaycanlı qadınlar problemlə üzləşəndə insan alveri cinayətkarlarının daha asan qurbanına çevrilirlər.

Millət vəkili Zahid Oruc isə çıxışında Miqrasiya Məcəlləsinə bəzi dəyişikliklərin edilməsini təklif edib.

Z. Oruc çıxışında ilk öncə Daxili İşlər Nazirliyinin (DİN) fəaliyyətini yüksək qiymətləndirib.

O, eyni zamanda, daxili işlər nazirinin birinci müavini V. Eyvazovun edilən müraciətlərə həssaslıqla, operativ və peşəkarcasına yanaşdığını söyləyib.

Deputat sonra vurğulayıb ki, Türkiyədə Azərbaycan qadınları ailı qurduqdan sonra onlar Azərbaycan  vətəndaşlığından məhrum edilirlər:

“Çünki qanunvericilyimiz  ikili vətəndaşlığı qadağan edir.  Həmin şəxslər də sonradan müəyyən problemlərlə üzləşəndə Azərbaycanın vətəndaşlıq hüququndan istifadə edə bilmirlər. Biz 2014- cü ildə miqrasiya qanunvericiliyini sərtləşdirdik, ona qədər isə qanun daha liberal idi.  Nəzərinizə çatdırım ki, həmin azərbaycanlı qadınlar problemlə üzləşəndə insan alveri cinayətkarlarının daha asan qurbanına çevrilirlər. Ona görə də hesab edirəm ki, Miqrasiya Məcəlləsinə yenidən baxmağı təklif edirəm”.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə deputatın “məhrumetmə” fikirləri ilə razılaşmayıb:

 “Zahid müəllim, siz tez-tez çıxışlarınızda “məhrumetmə” sözlərini işlədirisiniz. Ona görə də məcburam ki, sizə cavab verim. Çünki Konstitusiyaya görə, heç kim vətəndaşlıqdan məhrum edilə bilməz. Sadəcə “Vətəndaşlıq haqqında” qanuna görə kimsə başqası ilə evlənirsə, onun  vətəndaşlığı itirilir. Belə ki, Azərbaycandan gedirsə, avtomatik olaraq onların vətəndaşlığı aradan qaldırılır, ancaq məhrum edilmir”.

Birinci vitse-spiker həmçinin, üzünü mediaya tutaraq bunları deyib:

“Gəlin elə edək ki, polisə dəstək olaq. Çünki polisin işi çoxdur və o bir çox sahələr qarşı mübarizə aparır. Hər şeyi onların üzərinə atmaq olmaz…”

Etikxeber.az

Read Previous

Millət vəkilləri Ümummrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə kəskin etiraz etdilər – YENİLƏNİB (3)

Read Next

Parlamentin 9 qanuna eyni dəyişikliyi etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir