“Kim sağlamdırsa, kim işini bilirsə…” – ELDAR İBRAHİMOV

Hələ bir il var, vaxt yaxınlaşanda gedib və ya qalacağımız barədə açıqlama verəcəyik.
Etikxeber.az xəbər verir ki, bunu  Milli Məclisin (MM)  Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Azvision.az”-a açıqlamasında bildirib.
Qeyd edib ki, parlamentdə yaş senzi yoxdur. Bu mənada kimin deputat seçilib-seçilməməsi vətəndaşlardan asılı olan məsələdir.

“Burada kim sağlamdırsa, kim işini bilirsə, o da işləyir. Kadr islahatlarının keçirilməsinin tərəfdarıyam. Amma seçkilərə hələ bir il var. Seçkiyə qədər kim yaşaya, kim qala… Tələsmək lazım deyil. Deputatların neçə yaşının olması niyə jurnalistləri maraqlandırır? Əksəriyyət bu sualı verir. Bu məsələ müzakirə mövzusu deyil. Hələ bir il var, vaxt yaxınlaşanda gedib və ya qalacağımız barədə açıqlama verəcəyik” – deyə, komitə sədri vurğulayıb.

сканирование0004

Qeyd edək ki, Eldar İbrahimov I, II, III, IV, V çağırış MM-in deputatıdır.

Etikxeber.az olaraq bildirək ki, E. İbrahimov eyni zamanda, sonuncu çağırış (1990-95-ci illər) Ali Sovetin üzvü olub.
1991-ci ildə Naxçıvan Muxtar Respublikasında 17 mart referendumunun keçirilməsinə maneçilik  törətdiyinə, həmçinin, məhhum Heydər Əliyevlə yaxınlığına görə, o zaman  keçmiş Mütəllibov hakimiyyəti tərəfindən baş nazirin müavini vəzifəsindən uzaqlaşdırılıb.
O, hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından, ilk təşəbbüsçülərindən, məşhur “91-lər”dəndir.
Həmçinin, YAP Siyasi Şurasının və İdarə Heyətinin (2013-cü ildən) üzvüdür.
1995-2015-ci illər arasında Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin üzvü olub.
İqtisad elmləri doktoru, professordur.
Etikxeber.az

Read Previous

Xanım Şeyx Hasina da vətəninə döndü

Read Next

Sabah hava necə olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir