Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“ABŞ prezidenti Donald Trampın ölkəsinin səfirliyini Qüdsə köçürmək niyyətindən sonra yaranmış vəziyyətlə bağlı diskussiya bitmir ki, bitmir. Bir hissə deyir ki, İsrail bizə dost dövlət olduğundan bu məsələdə onun maraqlarına uyğun hərəkət etməliyik, digərləri isə din təəssübkeşi kimi çlxış edərək ərəblərin yanında yer almağa çağırırlar”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.
O, qeyd edib ki, əgər diqqət yetirilsə görüləcək ki, ərəblər özləri belə bu məsələdə yekdil deyillər.
Onun sözlərinə görə, fələstinliləri dəstəkləyənlərin önəmli bir hissəsi isə ya öz dövlət maraqları tələb etdiyi üçün belə addım atırlar, ya da iç siyasətdə faydalanmaq məqsədilə buna gedirlər:
“Elə Trampın bu addımı da daha çox iç siyasət ağırlıqlı idi.Yəhudi lobbisinin dəstəyini qazanaraq Konqresdə və mediada özünə qarşı yönələn və getdikcə artan addımlarl zəiflətmək istəyirdi. Amma, əgər haqqa və tarixə dayanılsa, onda yəhudilər bəlli səbəbdən bizim Qüds adlandırdığımız Yerysəlimin paytaxtlarına çevirilməsinə İrəvanın hayların mərkəzi şəhəri olmasından milyon dəfə artıq haqq edirlər. Kim də bilməsə, məsələn, bizim qonşu dövlətlərin hamısı bunu gözəl bilir. Dilə necə, gətirirlərmi? Yox, əlbəttə.
Bilirsiniz, dövlət olaraq Azərbaycanın müəyyən müttəfiqlik öhdəlikləri var və bəzən mürəkkəbliklər yaratsa da, biz də ona əməl edirik. Dövlətimizin Qüds məsələsində tutduğu mövqe də təqribən bu qəbildəndir. Cəmiyyətə gəldikdə, fikrimcə, bizim diskussiya açmağımız ki, kimin yanında yer almalıyıq, yəhudilərin, yoxsa ərəblərin, düzgün deyil.
Daha dəqiqi sual düzgün qoyulmur. Ona görə düzgün qoyulmur ki, bizim üçün önəmli olan ilk növbədə ölkəmizin maraqlarıdır. Həm bu, həm də beynəlxalq əhəmiyyətli, geosiyasi ağırlıqlı digər məsələlərdə ancaq və ancaq öz maraqlarımız əsas götürülməli və bundan çıxış etməliyik, vəssalam”.
Etikxeber.az





